Xalq artistinin səhhəti yaxşılaşıb

Xalq artistinin səhhəti yaxşılaşıb
  31 Oktyabr 2014    Oxunub:1571
“Şükürlər olsun ki, indi əvvəlkinə nisbətən yaxşıyam”.
Azvision.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəyli deyib.

O, ev şəraitində müalicəsinin davam etdiyini deyib: “Hazırda müalicəm aparılır, hərdən müayinəyə də gedirəm”.

R.Əzizbəyli Mədəniyyət və İncəsənət Universitetindən uzaqlaşması barədə də danışıb. O bildirib ki, işləməyə səhhəti imkan vermədiyindən özü ərizə yazıb: “Mən işlə qurtardım, indi pensiyadayam”.

Qeyd edək ki, R. Əzizbəyli bu il fevral ayının 9-da avtomobil qəzası keçirib.

Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirib.


Teqlər:





Xəbər lenti