Xalq artisti İlhamə Quliyevanı məhkəməyə verdi

Xalq artisti İlhamə Quliyevanı məhkəməyə verdi
  22 Dekabr 2014    Oxunub:3434
Xalq artisti İlhamə Quliyeva ilə həmkarl Nazpəri Dostəliyeva arasında qalmaqallı məhkəmə çəkişməsi davam edir.
Bu barədə AzVision.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib. Bildirilib ki, Xalq artisti N.Dostəliyeva Ali Məhkəmənin 23 iyul 2014-cü il tarixdə verdiyi qərarla bağlı Bakı Apellyasiya Məhkəməsinə yenidən müraciət edib.

Məhkəmə iclası dekabrın 26-da keçiriləcək. İclasa hakim Elnur Həsənov sədrlik edəcək.

Qeyd edək ki, Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanının məhkəmə çəkişmələrinə son dəfə Ali Məhkəmə tərəfindən baxılıb və yekun qərar verilib. Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnmişdi.

Xatırladaq ki, İlhamə Quliyeva haqqında səsləndirdiyi fikirlərə görə, Nazpəri Dostəliyevanı məhkəməyə vermişdi.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti