Xaçmazda çaqqallar 77 yaşlı qadına hücum etdi – Video

Xaçmazda çaqqallar 77 yaşlı qadına hücum etdi – Video
  29 İyun 2016    Oxunub:1872
Xaçmaz rayonun Niyazabad kənd sakini 77 yaşlı Qızbəs İmaməliyeva yırtıcıların hücumuna məruz qalıb.
AzVision.az RTV-yə istinadən xəbər verir ki, günorta saatlarında həyətdə cücələri yemləyən qadına çaqqal sürüsünün hücum edib. Səs-küyə həyətə çıxan Qızbəs İmaməliyevanın gəlini dəhşətli mənzərənin şahidi olub.

Zərərçəkən təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının üzərində bir saatdan çox əməliyyat aparılıb.

Ümumiyyətlə, son vaxtlar Xaçmaz rayonunda vəhşi heyvanların insana hücumu faktlarına tez-tez rast gəlinir. Bu il ərzində eyni diaqnozla Xaçmaz Rayon Mərkəzi Xəsətəxanasına bir neçə dəfə müraciət olunub.

Məlumat üçün bildirək ki, çaqqalların ilboyu ovlanmasına icazə verilir.



AzVision.az


Teqlər:





Xəbər lenti