XİN-dən girovlarla bağlı AÇIQLAMA

XİN-dən girovlarla bağlı AÇIQLAMA
  23 Dekabr 2014    Oxunub:1921
Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleləri geyri-müəyyəndir! Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar üzərində qurulmuş saxta “məhkəmə” prosesində prokurorun Dilgəm Əsgərov və Şahbaz Quliyevə tələb etdiyi həbs cəzası ölkəmizdə hamını hiddətləndirdi. Lakin hələ ki, dırnaqarası məhkəmə heç bir qərar çıxartamayıb.

ANS TV-nin məlumatına görə, Kəlbəcərdə girov düşən Dilqəm Əsgərov və Şahbaz Qulieyevin taleyilə bağlı qeyri-müəyyənlik davam edir. Bu gün Dilqəm Əsgərovun qardaşı Sahib Musayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümayəndəliyində olub və orada onu sabah qəbul edəcəklərinə söz veriblər.

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakı nümyəndəliyindən bildiriblər ki, həm sizin, həm də dövlətin verdiyi məktub İsveçrənin Cenevrə şəhərində yerləşən Mərkəz qərargahına ünvanlanıb. Artıq mərkəzdən məktuba cavab verilib, amma məsəslə ilə bağlı konkret bir nəticə yoxdur” – deyə Sahib Musayev vurğulayıb.

Məlumat üçün deyim ki, BMT-nin Qaçıqınlar üzrə Ali Komissarlığı 1950-ci ildə BMT-nin tərkibində yaranıb. Və əsas məqsədi qaçqınları himayə etmək, onların öz ölkələrinə qaytarılması, üçüncü ölkələrə köçürülməsi və lokal inteqrasiyasını təmin etməkdir. Amma Dilqəm Əsgərov və Şahbaz Quliyevin təcrübəsi göstərdi ki, bu beynəlxalq qurumdan gözləntilərimiz də digərləri kimi əbəsdir.

Hər halda, erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il iş istəyindən sonra da beynəlxalq qurumların davranışlarında bir laqeydlik müşahidə olunur. Maraqlıdır ki, Azərbaycanın rəsmi qurumları da hərəkətsizliyilə diqqət çəkir.

Görəsən niyə? Xarici İşlər Nazirliyində bu sualımızı belə cavablandırdılar. Dekabrın 29-u, girovlarla bağlı məhkəmənin qərarını gözləyirik, ona qədər heç nə deyə bilmərik. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla da bu gün girovların qohumlarının - Dilqəm Əsgərovun qardaşı və həyat yoldaşının onunla görüşmək cəhdləri alınmayıb. Bu cür qeyri-müəyyənlik isə onları narahat edir.

"Keçirilən saxta məhkəmə zamanı görünürdü ki, Dilqəm Əsgərov zorla ayaqüstə durub. Fiziki cəhətdən demək olar ki, onun ömrü tükənib. Ona görə onun dözümü yoxdur və təcili olaraq hökümət nəsə etməlidir”, – deyə Sahib Musayev bildirdi.

Sahib Musayev girovların aqibətilə bağlı beynəlxalq məhkəməyə müraciət edilməsini zəruri sayır. O, hesab edir ki, dövlət mütləq bu addımı atmalıdır.


Teqlər:





Xəbər lenti