XİN-dən azərbaycanlı İŞİD-çilərlə bağlı- Açıqlama

XİN-dən azərbaycanlı İŞİD-çilərlə bağlı- Açıqlama
  20 Noyabr 2014    Oxunub:1488
“Azərbaycan vətəndaşlarının Türkiyə ərazisindən Suiryaya keçmək cəhdi ilə bağlı məsələnin araşdırılması üçün Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyi tərəfindən lazımlı tədbirlər görülür”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan XİN-in rəsmisi Hikmət Haciyev deyib. Onun sözlərinə görə, hazırda həmin məsələ araşdırılır:

“Bununla əlaqədar Türkiyənin rəsmi dövlət qurumları ilə təmaslar davam etdirdilir”.

Xatırladaq ki, “İslam Dövləti” ("İŞİD") qruplaşmasına qoşulmaq üçün Suriyaya keçməyə cəhd edən 4 Azərbaycan vətəndaşı Türkiyənin Kilis bölgəsində saxlanılıb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti