XİN-dən Papanın İrəvandakı çıxışına reaksiya

XİN-dən Papanın İrəvandakı çıxışına reaksiya
  27 İyun 2016    Oxunub:2338
Roma Papası Fransiskin İrəvanda birgə bəyanat vasitəsilə Dağlıq Qarabağda sülhə çağırışı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalına son qoyması, Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxarılması, qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının təmin edilməsi, bununla da regionda sülhün və ədalətin bərqərar olunmasına çağırışdır".

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Roma Papasının sülh çağırışı Ermənistanda edildiyi üçün bu çağırışın ünvan sahibi rəsmi İrəvandır.

"Ümidvar olmaq istərdik ki, rəsmi İrəvan Roma Papasının bu sülh çağırışından nəticə çıxaracaq və Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətinə tezliklə son qoyacaq", - deyə H. Hacıyev bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti