Vyanada səmərəli Qarabağ müzakirəsi – Uorlik yazdı

Vyanada səmərəli Qarabağ müzakirəsi – Uorlik yazdı
  01 Aprel 2015    Oxunub:1562
ATƏT-in Minsk qrupu həmsədrləri Avstriyanın paytaxtı Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib.

AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Vyanada biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə atılacaq sonrakı addımlar barədə ATƏT-in Minsk qrupunun nümayəndələri ilə səmərəli danışıqlar keçirdik”, - deyə Uorlik qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti