Vurğun Əyyubdan İsa Qəmbərə ağır cavab

Vurğun Əyyubdan İsa Qəmbərə ağır cavab
  24 Noyabr 2014    Oxunub:4126
“Mən İsa Qəmbərin dedikləri ilə addım atmıram. Yol göstərənə ehtiyacım yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Vurğun Əyyub İsa Qəmbərin Müsavatın müşavirəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

V.Əyyub vurğulayıb ki, Müsavat heç kimin şəxsi mülkü deyil.

“Müsavat heç kimin şəxsi mülkü deyil. Biz fikrimizdə qalırıq və partiyadaxili demokratiyaya nail olmaq üçün fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edək ki, noyabrın 23-ü Müsavat Partiyasının qərargahında baş tutan ümumrespublika müşavirəsində partiyanın keçmiş başqanı İsa Qəmbər çıxış edib və bildirib ki, o, Müsavat Partiyasının seçdiyi başqan Arif Hacılı ilə bir yerdədir:

“Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti