Vüqar Əliyev əfv oluna bilər

Vüqar Əliyev əfv oluna bilər
  03 Mart 2015    Oxunub:3265
“Məhkum Vüqar Əliyev Novruz bayramı ərəfəsində əfv oluna bilər”.
Bunu AzVision.az-a açıqlamasında məhkum Vüqar Əliyevin vəkili Adəm Məmmədov deyib.

Vəkilin sözlərinə görə, Vüqar Əliyevin əfv olunması ilə bağlı ölkə prezidentinə etdikləri müarciət artıq qeydə alınıb:

“Vüqar Əliyevin cəzasını çəkdiyi Qobustan həbsxanasından onun barəsində müsbət xasiyyətnamə verilib. Orada qeyd olunub ki, Vüqar Əliyev nümunəvi məhkumdur, cəzasını yaxşı çəkir. Həmçinin qeyd olunub ki, onun cəzaçəkmə müəssisənindəki davranışları da yaxşıdır. Vüqar Əliyevin əfv olunması çox ədalətli bir qərar olardı. Ola bilsin ki, Novruz bayramı ərəfəsində Vüqar Əliyev də əfv olunsun. Bu ölkə prezidentinin müstəsna səlahiyyətinə daxildir”.

Vəkilin sözlərinə görə, Vüqar Əliyev keçmiş nişanlısı Lamiyə Quliyevanın azadlığa çıxmasına sevinib: “Lamiyə Quliyevanın azadlığa çıxmasından Vüqar Əliyev artıq xəbər tutub. Vüqar Lamiyənin azadlığa çıxmasını çox müsbət qarşılayıb”.

Qeyd edək ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti