Vulkanla oynayanlar – REPORTAJ+FOTOLAR

Vulkanla oynayanlar –  REPORTAJ+FOTOLAR
  30 Avqust 2016    Oxunub:19297
...Masazır gölünün ətrafında yerləşən vulkan ocağının sərhədləri boyunca “Xüsusi mühafizənin tətbiq edildiyi əraziyə giriş qadağandır” yazılmış lövhələr vurulub. Amma nə bir bir mühafizəçi, nə də keşik çəkənlə qaşılaşdıq. Heç vulkan dağının ətrafındakı zibillikdə eşələnən itlər də bizlik halda deyildilər.



40 dərəcədən yüksək istidə vulkan ocağına tərəf üz tutduq. Elə təzəcə ocağa çatmışdıq ki, dağın ətəyini tüstü, uğultu səsləri bürüdü. Əvvəlcə elə bildik ki, vulkan püskürəcək. Amma sonra məlum oldu ki, yox, sadəcə olaraq, burada gənclər “avtoşluq” edirlər.



- Neçə yaşınız var?
- Hələ məktəbi bitirməmişik.
- Sizi kim buraxıb bura?
- Biz həmişə evdən xəbərsiz maşının acarını götürüb, fırlanmaq üçün bura gəlirik.
- Niyə bura gəlirsiniz? Fikirləşmirsiniz ki, birdən yatmış vulkan oyanar?
- Yox. Elə biz onu oyatmağa gəlmişik. Burada yaxşı forsaj veririk. Elə bil Amerika kinoları çəkirik. Bura bizə ləzzət edir.




Söhbətimiz zamanı məlum oldu ki, vulkan dağına gənclər təkcə sürət yığmaq üçün gəlmirlər. Eyş-işrət, keflənmək üçün bura üz tutanlar da az deyil. Axşam burada təmiz hava olur.



...Uşaqlar maşınları ilə filmlərdə gördüyümüz həyat üçün son dərəcə riskli sürət fəndlərini 7-8 dəfə təkrarlayıb, tozu-dumana qatıb, oradan uzaqlaşdılar. Yenə də onlara mane olacaq bir nəfər gözə görünmədi!



Dağdan enən zaman cəmi on addım aralıda tikilən yaşayış evləri də diqqətimizdən yayınmadı. Axı bu, vulkandır, hər an püskürə bilər! Ağır nəticləri olar...



Vulkan dağının sakinlərilə söhbət zamanı isə belə başa düşdük ki, onları yox, vulkan ocağını başqa yerə köçürmək lazımdır:



- Qorxu içində yaşayırıq. Vulkan hər an oyana bilər.
- Bəs niyə burada ev tikmisiniz?
- Biz bundan sonra hara köçə bilərik? Vaxtında icazə verilməsəydi, biz də başqa yerdə ev tikərdik. Bütün evindən qaçanlar orada məskən salırlar. Axşam olanda əcaib səslər eşidirik. Qadın çığırtısı da qulağımıza gəlir. Nəzarət olmalıdır. Azyaşlı uşaqlar o həndəvərə buraxılmamalıdır. Nə olsun ki, palçıq vulkanıdır? Uşaqlar oynadıqları vaxt qaynar palçığa batıb, elə oradaca ölərlər. Hər tərəfə “giriş qadağandır” lövhələri asmaqla iş qurtarmır. Nəzarət gücləndirilməlidir!



































Hafiz Əhmədov
Fotolar: Elvin Abdulla



Teqlər:  





Xəbər lenti