Vətəndaşlar şəxsiyyət vəsiqələri ilə xaricə gedə biləcəklər

Vətəndaşlar şəxsiyyət vəsiqələri ilə xaricə gedə biləcəklər
  29 May 2015    Oxunub:1653
Azərbaycan vətəndaşları bəzi xarici ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi”nə bununla əlaqədar dəyişikliklər edilib.

Yeni qəbul edilən dəyişikliklərə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Indiyədək mövcud olan qanunvericiliyə görə isə vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir.

Yeniliklərə əsasən, qaçqın statusunun verilməsindən imtina edilməsi də kənara çıxmaq haqqında qərarın verilməsi üçün əsas sayılır.


Teqlər:





Xəbər lenti