Vətəndaşlar Aydın Əliyevdən nə istədilər?
DGK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitənin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.
Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
Teqlər: