Vergilər Nazirliyindən iş adamlarına müraciət

Vergilər Nazirliyindən iş adamlarına müraciət
  28 İyul 2015    Oxunub:2954
Vergilər Nazirliyi ilk dəfə vergiödəyicilərinə vergi xidməti əməkdaşları tərəfindən qanunvericiliyin pozulması faktları haqqında “195” nömrəsinə məlumat vermək çağırışı ilə SMS göndərməyə başlayıb.

Müraciət prezident İlham Əliyevin iyulun 13-də hökumətin iclasında vergi orqanlarının əməkdaşlarına biznesin işinə əsassız müdaxilə və zorla pul tələb etməyin yolverilməz olduğu barədə xəbərdarlıq etməsindən iki həftə sonra yayılmağa başlayıb.

Bu zaman İ.Əliyev biznesmenləri xəzinəyə vergiləri tam şəkildə ödəməyə çağırmışdı ("Turan").


Teqlər:





Xəbər lenti