Vergilər Nazirliyinə yeni səlahiyyət verilib

Vergilər Nazirliyinə yeni səlahiyyət verilib
  26 Oktyabr 2016    Oxunub:1642
Vergilər Nazirliyinə yeni səlahiyyət verilib.
Prezident İlham Əliyev “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” fərmanı imzalayıb.

Dəyişiklik sistemdən dövlət orqanlarının informasiya alması ilə bağlıdır. Bundan sonra Vergilər Nazirliyi sistemdən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə, habelə ölkəyə gələn və ölkədən gedən şəxslərin sərhədkeçmə nəzarəti və qeydiyyatı haqqında məlumatlar alacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti