Venesuela prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar

Venesuela prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar
  22 Oktyabr 2016    Oxunub:2320
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro oktyabrın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AzVision.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.



Nikolas Maduro həmçinin Şəhidlər xiyabanını da ziyarət edib. burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Venesuela Prezidenti Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.



Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti