Venesuela prezidenti Bakıya danışıqlara gəlir

Venesuela prezidenti Bakıya danışıqlara gəlir
  21 Oktyabr 2016    Oxunub:2082
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə `DW` agentliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumata əsasən Maduro öncə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər zamanı onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro cümə axşamından etibarən səfərə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək. (Report)

AzVision.az


Teqlər:  





Xəbər lenti