Vasif Talıbov türklərlə görüşdü- Foto

Vasif Talıbov türklərlə görüşdü- Foto
  22 Oktyabr 2014    Oxunub:1382
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Ali Məclisin sədri nümayəndə heyətinin səfərinin hərbi sahədəki əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzrum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri, general-polkovnik Şərəf Önqay səmimi qəbula görə minnətdarlığını bildirib, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu ifadə edib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti