Vaşinqtonda Qarabağ müzakirə ediləcək

Vaşinqtonda Qarabağ müzakirə ediləcək
  06 İyul 2015    Oxunub:2169
ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.
Bu barədə Mİnsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”, - deyə C. Uorlik söyləyib.



Teqlər:  





Xəbər lenti