Vaqif Səmədoğlu dünyasını dəyişdi

Vaqif Səmədoğlu dünyasını dəyişdi
  28 Yanvar 2015    Oxunub:4247
Azərbaycanın Xalq şairi, sabiq millət vəkili Vaqif Səmədoğlu dünyasını dəyişib.

Bu barədə Azvision.az-a V.Səmədoğlunun qızı Nigar Vəkilova məlumat verib. Bildirib ki, Xalq şairi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib. Xalq şairi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti