Valideynlərlə pis münasibət piylənməyə səbəb olur

Valideynlərlə pis münasibət piylənməyə səbəb olur
  29 İyun 2016    Oxunub:2790
Kanadalı psixoloqlar bildirib ki, tədqiqat çərçivəsində artıq çəkisi olan yeniyetmələr və onların valideynləri ilə münasibətləri arasında əlaqəni müəyyən ediblər.
Bu yeniyetmələr valideynləri ilə münasibətləri haqqında danışıb, sonra həkimlər onları müayinə edib. Tədqiqatda 3700 qız və 2600 oğlan iştirak edib.

Azərtac “medikforum.ru” saytına istinadla xəbər verir ki, tədqiqatın nəticələri “International Journal of Behavioral Nutrition and Physical Activity” jurnalında dərc olunub.

Məlum olub ki, oğlanların yarısı, qızların isə hər on nəfərdən altısı valideynləri ilə yaxşı münasibətlərdə olub. Bu yeniyetmələr yaşıdlarına nisbətən daha az mədə-bağırsaq traktı problemləri ilə üzləşib, eləcə də onlar idmanla daha çox məşğul olub, artıq çəkidən əziyyət çəkməyib və özlərini nisbətən daha yaxşı hiss edib.

Həmçinin bu yeniyetmələr “fast-fud” yeməklərini az yeyib və yuxu problemləri ilə üzləşməyib.

Ailə problemləri olan yeniyetmələrdə isə artıq çəki problemi olub, həm də bəzi hallarda bu, piylənmə deyil, anoreksiyaya səbəb olub.

Tədqiqatçılar bu nəticəyə gəlib ki, piylənməyə gətirib çıxaran qidalanma vərdişinin səbəbkarı dostlar yox, məhz valideynlərdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti