Valideynləri düşündürən suala rəsmi cavab

Valideynləri düşündürən suala rəsmi cavab
  29 Sentyabr 2016    Oxunub:1852
Oktyabrın 3-dən etibarən Bakı və Respublikanın əksər rayon və şəhərlərində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.
İlk dəfə Respublika çərçivəsində həyata keçirilən layihə 5 yaşlı uşaqların məktəbə dair ilkin biliklərini almalarına və təhsilin ilk pilləsində çətinlik çəkmədən oxumalarına yardımçı olacaq. Lakin validenyləri düşündürən suallardan biri də məktəbəhazırlıq qruplarında uşaqların vahid forma geyinib-geyinməyəcəyidir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bununla bağlı AzVision.az-ın sorğusu cavablandırılıb. Məlumatda bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul edilmiş uşaqlar üçün vahid geyim forması müəyyən edilməyib. Həmçinin qeyd edilib ki, məktəbəhazırlıq qruplarında təhsil almaması uşaqların I (birinci) sinfə qəbulunu məhdudlaşdırmır.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək. Uşaqlara ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti