Valideynlər məktəblərdən şikayət etdi
İdarədən AzVision.az-a verilən məlumata görə, 243 saylı məktəbdə keçirilən səyyar qəbulda Pirallahı və Çilov qəsəbələrində yerləşən 131, 168, 186, 235, 243, Zirə qəsəbəsində yerləşən 122, 120, 241, 324, Gürgan qəsəbəsində yerləşən 231 saylı məktəblərin və 29 №li Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynlərinin müraciətləri dinlənilib.
Səyyar qəbul saat 10:00 – da başlamış və vətəndaşların müraciəti bitənədək davam edib. Pirallahı rayonu üzrə 18 müraciət qəbul edilib. Əsas müraciətlər məktəblərin təmir edilməsi, istilik sisteminin təşkili, bufetlerdə isti yeməklərin verilməsi, siniflərin dərs proqramlarının yüngülləşdirilməsi, kitabxanada dərsliklərin çatışmazlığı və rayon üzrə kursların açılmasının təşkili ilə bağlı olub. Müəllim və valideynləri narahat edən bu kimi məsələlər BŞTİ - nin rəhbər şəxsləri tərəfindən diqqətlə dinlənilmiş və İdarənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.