Üzqırxan geldən telefon çıxdı

Üzqırxan geldən telefon çıxdı
  26 Yanvar 2015    Oxunub:2002
3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Həsənbala Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə gəlmiş dostu, Bakı şəhər sakini Cavad Raqib oğlu Cavad-zadənin üzərinə və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zaman sovqatda olan “ARKO MEN" üzqırxan gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, H.Tahirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 maddəsinə əsasən həbs edilib.


Teqlər:  





Xəbər lenti