Usama Bin Ladenin ailəsi təyyarə qəzasında öldü – FOTO (VİDEO)

Usama Bin Ladenin ailəsi təyyarə qəzasında öldü – FOTO (VİDEO)
  01 Avqust 2015    Oxunub:4913
Dünyanın bir nömrəli terrorçusu Usama Bin Ladenin ailəsinin olduğu təyyarə İngiltərənin Hempşir və Surrey qraflıqlarının sərhədində yerləşən Blekbuş hava limanında qəzaya uğrayıb.

AzVision.az `Daily Mail`ə istinadən xəbər verir ki, təyyarənin partlaması nəticəsində terrorçunun ailə üzvləri ölüb.

Hadisə baş verən zaman təyyarədə dörd nəfər olub. Onlardan biri pilotdur. Eniş zamanı pilot uçuş-eniş zolağından kənara çıxıb. Təyyarə aviasiya zolağından kənara çıxıb, ətrafdakı səddi dağıdaraq yanacaq doldurma məntəqəsinə çırpılıb. Toqquşma zamanı partlayış baş verib və yanğın meydana gəlib. Yanğın zamanı təyyarənin salonu tamamilə məhv olub.

Hüquq mühafizə orqanları terror versiyasını inkar edirlər.

Təyyarə `Salem Aviation` şirkətinə məxsus olub. Şirkətin sahibi isə bin Laden ailəsidir və bir nömrəli terrorçunun qardaşının şərəfinə adlandırılıb.

Bin Ladenin ailə dostları Amerikanın “NBC News” telekanalına açıqlamasında bildiriblər ki, həlak olanlar terrorçunun ögey anası Rac Haşim, ögey bacısı Sana bin Laden və onun həyat yoldaşı Zuhair Haşemdir.



Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti