Ürəyi xəstə olanlara hava xəbərdarlığı

Ürəyi xəstə olanlara hava xəbərdarlığı
  22 Sentyabr 2014    Oxunub:1730
Bakıda və Abşeron yarımadasında sabah gecə və səhər hava şəraitinin tutqun olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında isə dəyişkən buludlu keçəcəyi ehtimal olunur. Gündüz mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 17-20, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı, hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.


Teqlər:  





Xəbər lenti