Uorlikdən mühüm Qarabağ açıqlaması

Uorlikdən mühüm Qarabağ açıqlaması
  27 Sentyabr 2016    Oxunub:1904
“ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə riayət edilməsi üçün tərəflərlə fəal iş aparır”.
AzVision.az Ermənistanın “Aysor” saytına istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.

O bildirib ki, hərbi əməliyyatların azaldılması danışıqları mümkün edir. Həmsədrin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşdırılması, həmçinin ATƏT missiyasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir: “Nyu-Yorkda Edvard Nalbandyan və Elmar Məmmədyarovla nizamlanmaya gətirə biləcək danışıqların davamı üçün atmosferi yaradacaq gələcək addımları müzakirə etdik”.

Uorlik həmsədrlərin yaxın vaxtlarda regiona səfər edəcəyini bildirib: “Həmsədrlər tərəfləri danışıqlar prosesinə mənfi təsir göstərə biləcək addımlardan uzaq durmağa çağırır”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti