Uorlik prezidentlərin görüşündən nə gözləyir?

Uorlik prezidentlərin görüşündən nə gözləyir?
  25 Noyabr 2015    Oxunub:1765
Bölgədə sabitliyin bundan sonra pozulmasında tərəflərin hər hansı birinin maraqlı olduğuna inanmırıq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın amerikalı həmsədri Ceyms Uorlik “Armenianreport”-a müsahibə zamanı jurnalistin `Ermənistanda konstitusiya seçkiləri ərəfəsində Azərbaycan cəbhə xəttində vəziyyəti gərginləşdirə bilərmi?` sualını cavablandırarkən bildirib.

`Biz Azərbaycan və Ermənistan prezidentlərinin gələn aya nəzərdə tutulan səfəri öncəsi tərəflərin atəşkəsə əməl edəcəklərini, ədalətli danışıqlar aparacaqlarını gözləyirik`, - Uorlik qeyd edib.

Erməni jurnalistin `Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nə gözləyirsiz" - sualını Ceyms Uorlik belə cavablandırıb: "Biz prezidentlərin gərginliyin zəiflədilməsi, xüsusi ilə mülki əhali arasında itkilərin olmasının aradan qaldırılması yollarını, həmçinin əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də münaqişənin tənzimlənməsi ilə bağlı təklifləri müzakirə edəcəklərini gözləyirik. Ümid edirəm ki, prezidentlər arasında görüş prosesin dinc yolla həll edilməsi istiqamətində dönüş nöqtəsi olacaq və qarşıdan gələn il üçün danışıqlara yeni təkan verəcək`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti