Uorlik ermənilərin təyyarə təxribatını pislədi

Uorlik ermənilərin təyyarə təxribatını pislədi
  30 Yanvar 2015    Oxunub:2301
Dağlıq Qarabağ münaqişəsi zonasında uçan pilotsuz aparatlardan istifadə təxribatdır.
AzVision.az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində qeyd edib.

“Dağlıq Qarabağ” münaqişə zonasında uçan pilotsuz aparatlardan istifadə təxribatdır. Tərəflər gərginliyi azaltmalıdırlar”, -deyə Uorlik vurğulayıb.

Qeyd edək ki, ötən gün cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti