Uorlik erməni təxribatına reaksiya verdi - (VİDEOXƏBƏR)

Uorlik erməni təxribatına reaksiya verdi - (VİDEOXƏBƏR)
  30 Dekabr 2016    Oxunub:3955
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ötən gün Azərbaycan və Ermənistan sərhədində baş verən hadisəyə reaksiya verib.

AzVision.az xəbər verir ki erməni KİV-nə danışan Uorlik münaqişənin hərbi yolla həllinin olmadığını vurğulayıb.

“Daha əvvəl də vurğuladığım kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur. Yeni qarşıdurmalar danışıqlar yolunda irəliləyişin vacibliyin önə çəkir. Bu, regionda uzunmüddətli sülhün bərqərar olmasına səbəb ola bilər ”, - deyə Uorlik qeyd edib.

Uorlik, həmçinin qarşıdurma zamanı həlak olan əsgərlərin ailələrinə də başsağlığı verib.



Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti