Universitetlərin maliyyələşdirilməsinə yenidən baxılacaq

Universitetlərin maliyyələşdirilməsinə yenidən baxılacaq
  29 Aprel 2016    Oxunub:2120
“Ali təhsil müəssisələrinin nəzdində texnoparkların yaradılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir”.
AzVision.az -ın məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elmi tədqiqat işlərinin aparılması üçün ayrıca maliyyələşdirmə imkanları olmalıdır. Burada əsas məqsəd tələbələrin sayının artırılması deyil, təhsilin keyfiyyətinin artırılmasıdır:

“Azərbaycanın ali məktəblərində adambaşına maliyyələşdirmə mexanizminə artıq keçilib. Bu gün təhsil müəssisələrində tələbələrin sayına və keyfiyyətin artırılmasına üstünlük verilir. Amma elmi fəaliyyətin dəstəklənməsinə yönəlmiş mexanizmlərdən məhkumuq. Alimlərin elmi tədqiqat işlərinin maliyyələşdirilməsi üçün onların ayrı imkanlara da malik olması vacibdir”.

Nazir qeyd edib ki, təhsil müəssisələrində elektron kitabxanaların yaradılması istiqamətində də işlər davam etdirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti