Universitetlərdə “Məzun günü” konsertləri ləğv edildi

Universitetlərdə “Məzun günü” konsertləri ləğv edildi
  22 May 2015    Oxunub:3135
Bakıda 15 nəfərin ölümünə səbəb olan dəhşətli yanğın faciəsinə görə, universitetlərdə keçiriləcək “Məzun günü” konsert proqramları ləğv edilib.
Bakı Dövlət Universitetindən (BDU) AzVision.az-a verilən məlumata görə, may ayının sonlarında universitetdə “Məzun günü” ilə bağlı tədbir keçiriləcək, amma əvvəlki illərdə olduğu kimi konsert proqramı olmayacaq.

“Bizdə olan məlumata görə, Bakıda baş verən dəhşətli yanğın faciəsi ilə əlaqədar universitetdə təmtəraqlı “Məzun günü” konserti keçirilməyəcək. Sadəcə olaraq rəsmi mərasim olacaq. Tələbələrə diplomlar təqdim olunacaq”.

Azərbaycan Tibb Universitetində də təmtəraqlı mərasim keçirilməyəcək: “Bizim universitetdə təmtəraqlı “Məzun günü” konserti təşkil olunmayacaq. Sadəcə məzunlarımıza diplomlar təqdim olunacaq”.

ADA universiteti “Məzun günü”nü ötən gün keçirib: “ADA universitetində “Məzun günü” ötən gün keçirildi. Heç bir təmtəraqlı mərasim olmadı. Ancaq məzunlara diplomlar təqdim olundu”.

Azərbaycan Dillər Universitetindən isə bildirildi ki, ümumilkdə bu təhsil müəssisəsində “Məzun günü”nün keçirilib-keçirilməməsi ilə bağlı yekun qərar qəbul olunmayıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti