Universitetlərdə imtahanların vaxtı dəyişdirildi

Universitetlərdə imtahanların vaxtı dəyişdirildi
  31 May 2016    Oxunub:1950
Bu il Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-dən 20-dək imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.

C.Valehov deyb ki, bu, yalnız tövsiyə xarakterlidir və imtahanların keçirilməsi kiçik bir dövrü əhatə edəcək.

Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti