Universitetdə kütləvi dava - 17 tələbə tutuldu

Universitetdə kütləvi dava - 17 tələbə tutuldu
  24 Oktyabr 2014    Oxunub:2475
Türkiyənin İstanbul Universitetində tələbələr arasında kütləvi dava olub. Hadisə zamanı polis 17 tələbəni saxlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki qrup arasında baş verən davada bəzi tələbələr yaralanıb. Saxlanılan tələbələrdən bəziləri “Yaşasın müsəlman tələbələr”, “Biz müsəlman tələbələrik”, “Müsəlman tələbələrə qarşı təhqirlər cavabsız qalmayacaq”, “Onlar İslamı və müsəlmanlığı təhqir etdiyi üçün layiqli cavabını veririk” kimi şüarlarını səsləndiriblər.

Saxlanılan tələbələr İstanbulun Bəyazit polis idarəsinə aparılıb. Hazırda universitet polisin nəzarətindədir.

Fatimə


Teqlər:





Xəbər lenti