Ukraynadan Rusiyaya ittiham

Ukraynadan Rusiyaya ittiham
  30 İyul 2014    Oxunub:838
Rusiya aviasiyası Ukraynanın dövlət sərhədini daim pozur.
AzVision.az xəbər verir ki, bu haqda Ukrayna Anti Terror Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov "Facebook"da status yazıb.

"Bu gün, yəni 29.07.14 tarixində saat 08:33-dən 08:38-ə qədər olan 5 dəqiqədə Anti Terror Mərkəzinin əməliyyat qərargahı Rusiya Federasiyası tərəfindən Ukraynanın dövlət sərhədinin pozulmasını qeydə alıb. Belə hallar artıq dəfələrlə müşahidə olunur".

Qeyd edək ki, Ukrayna təhlükəsizlik qüvvələri ölkənin şərqində Rusiya yönümlü separatşılara qarşı geniş miqyaslı əməliyyatlar keçirir. (anspress)


Teqlər:





Xəbər lenti