Ukraynada koalisiya hökuməti yaradıldı

Ukraynada koalisiya hökuməti yaradıldı
  21 Noyabr 2014    Oxunub:1422
Ukraynada Ali Radaya keçirilən parlament seçkilərində qalib gələn partiyalar koalisiya haqqında sazişi paraflayıb.
Bu barədə AzVision.az “UNİAN”-a istinadən xəbər verir.

“Biz koalisiya haqqında sazişi imzaladıq. Bu sazişdə koalisiya sazişi üzərində çalışan 5 siyasi partiyanın, gücün imzası var”, - deyə “Özünəkömək” partiyasından olan deputat Oksana Slroed bildirib.

Qeyd edək ki, oktyabrın 26-ı parlament seçkiləri keçirilib. Ukrayna MSK-nın məlumatına görə, Radaya daha dörd partiya daxil ola bilib. Bunlar 10,97% səslə Lvov şəhər meri Andrey Sadavovun “Özünəkömək”, 9,43% - lə “Müxalifət bloku”, 7,44% səslə “Oleq Lyaşkonun radikal partiyası” və 5,58% səslə sabiq baş nazir Yuliya Timoşenkonun rəhbərlik etdiyi partiyadır.

Digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti