Ukraynada hərbi təyyarə vuruldu

Ukraynada hərbi təyyarə vuruldu
  01 Sentyabr 2014    Oxunub:1870
Ukraynanın Donbass vilayətində separatçılar ölkə ordusuna məxsus “Su-27” tipli qırıcı təyyarəni vurub.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Separatçılar Merekka yaşayış məntəqəsi yaxınlığında Ukrayna ordusuna məxsus “Su-27 tipli” qırıcı təyyarəni vurub” – deyə, “Donetsk Xalq Respublikası”nın qərargahının yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, separatçılar daha əvvəl də Ukrayna ordusuna məxsus dörd “Su-25” tipli təyyarənin vurulduğunu bəyan etmişdilər. Lakin Ukrayna Müdafiə Nazirliyi bu xəbəri təkzib edərək Donbass vilayətində yalnız bir təyyarənin vurulduğunu bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti