Ukraynada 3 nəfər öldü, 13-ü yaralandı

Ukraynada 3 nəfər öldü, 13-ü yaralandı
  17 Aprel 2014    Oxunub:1440
Hazırda Ukryananın Təhlükəsizlik Xidməti, milislə birgə fakt üzrə araşdırma aparır.
Ötən gün, Mariupolda Milli Qvardiyanın hərbi hissəsinə hücuma cavab olaraq Daxili İşlər Nazirliyinin bölükləri hücumçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyat həyata keçiriblər. Bu barədə Ukraynanın DİN rəhbəri Arsen Avakov Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, DİN qüvvələri arasında itki yoxdur. İlkin məlumatlara görə hücumçulardan 3-ü ölüb, 13-ü yaralanıb, 63 nəfəri isə həbs olunub.

Avakov həmçinin bildirib ki, DİN dəstələrinə yardım üçün Omeqa xüsusi təyinatlıları da səfərbər edilib, Mariupola vertolyotlar göndərilib. Hazırda əməliyyat davam etdirilir.

Qeyd edək ki, Krım Rusiyaya birləşməsinin ardından Ukraynanın cənub- şərq vilayətləri ölkənin federallaşmasını tələb edirlər. Ukraynanın yeni hökuməti isə etirazçılar arasında təxribatçıların olduğunu iddia edərək sözügedən vilayətlərdə anti-terror əməliyyatlarına başlayıb. İki gün əvvəl Donetsk vilayətinə canlı hərbi qüvvə və zirehli texnika göndərib. Yerli etirazçılar isə onlara müqavimət göstərməyə davam edir. Dünən gecə etirazçılar Mariupoldakı Milli Qvardiyanın hərbi hissəsinə hücum ediblər.

Səbinə

Qalereya




Teqlər:





Xəbər lenti