Ukrayna ilə bağlı razılıq əldə olundu

Ukrayna ilə bağlı razılıq əldə olundu
  18 Aprel 2014    Oxunub:1158
Ukrayna, ABŞ, Rusiya və Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri İsveçrənin Cenevrə şəhərində keçirilən zirvə toplantısında Ukrayna böhranını müzakirə ediblər.
AzVision.az xəbər verir ki, toplantıda Ukrayna xarici işlər naziri Andrey Deşitsa, ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Avropa Birliyinin xarici siyasət komitəsinin nümayəndəsi Ketrin Eşton iştirak edib. Toplantıdan sonra açıqlama verən C.Kerri bildirib ki, görüş iştirakçıları Ukraynadakı vəziyyəti nisbətən yaxşılaşdırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün bəzi məsələlərdə razılığa gəliblər: “Qeyri-leqal silahlı birləşmələrin hamısının silahsızlışadırılması barədə razılığa gəldik. Ukrayna şəhərlərində qeyri-qanuni ələ keçirilmiş binalar, küçələr, meydanlar və ictimai yerlər boşaldılmalıdır. Ukrayna hökuməti bu binaları tərk edənləri, etirazçıları və silahlarını yerə qoyanları bağışlayacağına söz verib”.

Kerri vurğulayıb ki, hələ də bölgədə olan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşikialtı (ATƏT) nümayəndələri əldə olunan razılığını tətbiq olunmasına kömək edəcək.

ABŞ prezidenti Barak Obama isə bu fikirdədir ki, Rusiyanın atdığı addımlar Cenevrə zirvəsində əldə olunan razılığın reallaşdırılmasına imkan verməyəcək. Hərbi müdaxiləni istisna edən Obama vurğulayıb ki, zirvədə əldə olunan razılıq tətbiq olunmasa Rusiyaya qarşı sanskisayalar artacaq.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti