Ukrayna MDB-dən çıxır- Rəsmi

Ukrayna MDB-dən çıxır- Rəsmi
  28 Noyabr 2014    Oxunub:1682
Ukrayna Ali Radasında ölkənin Müstəqil Dövlətlər Birliyi Təşkilatıının (MDB) bütün struktur və orqanlarında fəaliyyətinin dayandırılması ilə bağlı qanun layihəsi qeydiyyata alınıb.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

Qanun layihəsinin 10 müəllifi var: “Batkivşina” partiyasından Yuliya Timoşenko, Boris tarasyuk, İvan Krulko, İqor Jdanov, Alena Şkurum, Andrey Kojemyakin, Serqey Evtuşok, “Pyotr Poroşenko bloku”ndan Ukrayna prezidentinin Krım-tatar xalqı üzrə nümayəndəsi Mustafa Cəmilyev, Valiriy Paçkan, “Xalq Cəbhəsi” partiyasından isə Vyeçeslav Kirilenko.

Qanun layihəsinin mətni hələ ki açıqlanmır.

Qeyd edək ki, Ukraynanın MDB-yə üzvlüyünün dayandırılması məsələsi son aylar ərzində aktiv şəkildə müzakirə olunur. Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 10-u MDB hökumət başçılarının Belarusun paytaxtı Minskdə keçirilən iclasında da iştirak etməyib. Sammitdə Ukraynanın maraqlarını bu ölkənin Belarusdakı səfiri Mixail Yejel təmsil edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti