Ukrayna Azərbaycan və Gürcüstandan xahiş etdi

Ukrayna Azərbaycan və Gürcüstandan xahiş etdi
  09 Fevral 2016    Oxunub:1899
Ukrayna tərəfi Azərbaycan və Gürcüstanın dəmir yolları qurumlarının rəhbərlərinə rəsmi şəkildə müraciət edərək bu ölkədən olan məhsulların tranzit haqlarının aşağı salınmasını xahiş edib.
AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə İSC-nin Kommersiya işi departamentinin rəhbər müavini İvan Xoryakov məlumat verib.

"Biz rəsmən Gürcüstan və Azərbaycanın dövlət dəmir yolları qurumlarına bu ölkələrin ərazilərində tranzit xərclərinin 50% azaldılması ilə bağlı müraciət göndərmişik. Qarşıdakı müşavirə zamanı vaqon hesabı daşınma üzrə tarif şərtlərinin müzakirə olunacağını gözləyirik. Ümid edirik ki, Gürcüstan və Azərbaycan tərəfi bizim təkliflərə razı olacaq və vaqonlarda tranzit yüklərin daşınması xərclərini yarıbayarı azaldacaq", - deyə İ.Xoryakov bildirib.

Xatırladaq ki, artıq yanvarın 15-də Ukraynanın İliçevsk limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk eksperimental reys yola çıxıb. Marşrutun uzunluğu 5 471 km-dir.

Eldar Tanrıverdiyev

AzVision.az


Teqlər:  





Xəbər lenti