Ueyn Runi yeni rekorda imza atdı

Ueyn Runi yeni rekorda imza atdı
  22 Yanvar 2017    Oxunub:2803
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun 44 il əvvəlki rekordu yeniləyib.

31 yaşlı futbolçu İngiltərə çempionatının 22-ci turunda səfərdə “Stok Siti” ilə oyunda fərqlənib. 2004-cü ildən “Mançester Yunayted”in heyətində çıxış edən Runi bu qarşılaşmada 250-ci qolunu vurub.

Xatırladaq ki, 1954-1973-cü illərdə klubun heyətində yer alan Bobbi Çarlton komandadakı karyerası ərzində 249 qol vurmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti