Ucuzlaşan dərmanları baha satanlara - 50 min cərimə (Video)

Ucuzlaşan dərmanları baha satanlara - 50 min cərimə (Video)
  01 Avqust 2015    Oxunub:3653
Dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qaydaları pozanlara qarşı tədbirlər sərtləşəcək.
AzVision.az xəbər verir ki, bunu “Hesab Vaxtına” İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətindən bildirilib. Qeyd olunub ki, dərmanların qiyməti ilə bağlı qanunu pozanları 50 min manat cərimə gözləyir.

Qiyməti tənzimlənən dərmanları baha satanlar, yaxud başqa formada vətəndaşları aldadanlar isə daha çox cərimələnəcək.

Sözügedən qurumun şöbə müdiri Mətin Bədəlov açıqlamasında qeyd edib ki, əgər ucuz qiymətə olan dərmanı baha satırsa bu istehlakçının aldadılması, dərman üzərində qiymət göstərilməyibsə bu qiymət intizamının pozulmasıkimi hesablanacaq.

Qiymət intizamının pozulması ilə əlaqədar cərimələr tətbiq olunub. Bu cərimələr fiziki və hüquqi şəxslərə görə dəyişir.




Teqlər:





Xəbər lenti