Üçüncü dünya müharibəsi ola bilər – Fidel Kastro

Üçüncü dünya müharibəsi ola bilər – Fidel Kastro
  02 Sentyabr 2014    Oxunub:2302
Kuba inqilabının lideri Fidel Kastro NATO-ya üzv ölkələrini nasistlərə bənzədib.
AzVision.az-ın məlumatına görə, bu barədə inqliab liderinin “Cubadebate” nəşrində dərc olunan məqaləsində bildirib.

Kuba liderinin sözlərinə görə, ABŞ və Avropanın siyasəti uğursuzluğa düçar olacaq, dollar və avro isə yuan və rubldan asılı olacaq.

“Heç kəsin şəhərləri məhv etmək, uşaqları öldürmək, açlıq və səfalət yaymaq hüququ yoxdur. İkinci Dünya müharibəsindən sonra yaradılan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu gün “nəhəng yalan” illuziya kimi qəbul edilir” –deyə, Kastro bildirib.

İnqilab liderinin sözlərinə görə, hazıda dünyada olan münaqişələr üçüncü dünya müharibəsi ilə nəticələnə bilər. Bu müharibədə nüvə silahlarının tətbiq olunması isə bütün bəşəriyyətin məhv olması ilə nəticələnə bilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti