Ucarın yeni icra başçısı hansı nazirin qohumudur? - ARAYIŞ

Ucarın yeni icra başçısı hansı nazirin qohumudur? - ARAYIŞ
  28 Yanvar 2015    Oxunub:17962
Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə 3 rayonun icra başçısı dəyişdirilib.
Prezidentin sərəncamı ilə Mənsur Həmzə oğlu Məmmədov Göyçaydakı postundan çıxarılaraq Ucara gətirilib.

M.Məmmədov mətbuata bir qədər həssas davranan məmurlardandır. O, jurnalistlərə müsahibə verməməklə yanaşı , adının mətbuat səhifələrində hallanmasını da sevmir. Odur ki, internetdə onunla bağlı məhdud məlumatlara rast gəlmək olar. Mətbuatda yayılan məlumatlara görə, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun bacısı oğludur. Mənsur Məmmədovun vikipediyada yerləşdirilən tərcümeyi-halında da onun Ziya Məmmədovun və Elton Məmmədovun bacısı oğlu olduğu qeyd edilib.

Belə ki, M.Məmmədov 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olub. 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib.

O, 14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Ötən gün ölkə başçısının sərəncamı ilə Ucar rayon İcra Hakimiyyəti başçısı təyin edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti