Ucarda 82 yaşlı kişi yoxa çıxıb - Foto

Ucarda 82 yaşlı kişi yoxa çıxıb - Foto
  18 Yanvar 2017    Oxunub:1334
Ucar rayon sakini itkin düşüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a bildirilib ki, rayonun Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb. Xəlil Əliyevin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.

Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub.

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti