UEFA “Qarabağ”ı manşet etdi - FOTO

UEFA “Qarabağ”ı manşet etdi - FOTO
  31 İyul 2014    Oxunub:876
Ağdamın “Qarabağ” klubunun Avstriyanın “Zalsburq” üzərində qələbəsi UEFA-nın rəsmi saytında ön plana çəkilib.
AzVision.az-ın məlumatına görə, UEFA-nın rəsmi internet saytı Qarabağ və Yunanıstanın “AEL” klublarını günün qəhrəmanı elan edib.

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları ilə bağlı məlumat hazırlayan UEFA ağdamlıların güclü rəqib üzərində qələbəsini xüsusilə vurğulayıb.



Qeyd edək ki, “Qarabağ” Avstriya çempionunu 2:1, Kipr AEL-i Rusiya “Zenit”ini 1:0 hesabı ilə məğlub etməklə sürprizə imza atıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti