UEFA prezidenti “Qəbələ”nin oyununu izləyəcək

UEFA prezidenti “Qəbələ”nin oyununu izləyəcək
  28 Sentyabr 2016    Oxunub:1966
UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Mayns” (Almaniya) oyununu izləyəcək.
AzVision.az AFFA-nən saytına istinadən xəbər verir ki, sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.

AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib. O, sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti