UEFA FİFA konqresini boykot etdi

UEFA FİFA konqresini boykot etdi
  28 May 2015    Oxunub:1712
“Bu sistem dayandırılmasa, əvvəl-axır futbolu öldürəcək”
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasının (FİFA) konqresinin və prezident seçkilərinin təxirə salınmasını tələb edib.

Bu barədə UEFA-nın FİFA-dakı korrupsiya qalmaqalı və təşkilatın bir sıra nümayəndələrinin həbsi ilə əlaqədar bəyanatında deyilir. Bəyanatda bildirilir ki, əks təqdirdə UEFA FİFA konqresini və seçkiləri boykot edə bilər:

“FİFA-nın qarşıdakı konqresi məzhəkəyə çevrilə bilər, buna görə də Avropa assosiasiyaları həssaslıqla düşünməlidir: bəlkə onlar ümumiyyətlə, bu konqresdə iştirakdan vaz keçsinlər və bununla da sistemə xəbərdarlıq etsinlər? Çünki bu sistem dayandırılmasa, əvvəl-axır futbolu öldürəcək. UEFA İcra Komitəsinin üzvləri FİFA rəhbərliyində dəyişikliklərin zəruriliyinə əmindirlər və qəti inanırlar ki, FİFA konqresi təxirə salınmalı, 6 ay ərzində yeni prezident seçkiləri təşkil edilməlidir”.

Xatırladaq ki, FİFA konqresi mayın 29-da İsveçrənin Sürix şəhərində başlamalıdır. Mayın 27-də təşkilatın bir sıra yüksək səviyyəli nümayəndələri korrupsiya, dələduzluq, çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.(Apa)




Teqlər:  





Xəbər lenti