Türkyədə 32 min FETÖ-çü tutulub

Türkyədə 32 min FETÖ-çü tutulub
  28 Sentyabr 2016    Oxunub:2181
Türkiyədə Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində tutulanların sayı 32 minə çatıb.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib. Onun sözlərinə görə, iyulun 15-dən indiyə kimi 70 min insan haqqında araşdırma aparılıb, 32 min civarında insan həbs edilib.

B. Bozdağ yeni həbslərin olacağını, saxlanılmış bəzi şəxslərin isə sərbəst buraxıla biləcəyini istisna etməyib. O deyib ki, indiyə qədər FETÖ ilə əlaqədə şübhəli sayılan 1500-ə qədər həbsxana nəzarətçisi işdən kənarlaşdırılıb.

Nazir FETÖ-nün təyyarə və vertolyotlarla hücum ehtimalına qarşı tədbirlər görüldüyünü, hava hücumundan müdafiə sistemləri qurulduğunu, İstanbulun Sincan və Ankaranın Silivri bölgələrində uçuşa icazə verilmədiyini açıqlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti