Türkmənistan səfiri Bakıdan gedir

Türkmənistan səfiri Bakıdan gedir
  28 Sentyabr 2016    Oxunub:2275
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-nin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, səfir Toylı Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Toylı Komekova gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti